Azərbaycan - Farer adaları matçının hakimləri açıqlandı

Azərbaycan - Farer adaları matçının hakimləri açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Farer adaları oyununun hakimləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı moldovalı hakimlərə tapşırıb.

 

Matçı Dmitri Muntyan idarə edəcək. Ona Vitali Qorbatovla Vladislav Lifçiu yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yuri Kovtun yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 6-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Farer adaları görüşü saat 18.00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər