Azərbaycan əsilli futbolçu içkiyə qurşanmasından danışdı

Azərbaycan əsilli futbolçu içkiyə qurşanmasından danışdı
Kiyev "Dinamo"sunun, Moskva "Lokomotiv"inin və Mahaçqala "Anji"sinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev içkiyə meyilli olmasından danışıb. Fanat.az xəbər verir ki, hazırda həvəskarlardan ibarət "Rux" komandasında çıxış edən Ukrayna millisinin sabiq futbolçusu düzgün yola qayıtmasına görə həyat yoldaşı Tatyanaya borclu olduğunu bildirib:
"Yenə təkrarlayıram. Nə etmişəmsə, cavanlıqda etmişəm. Yeniyetmə, futbola yeni başlayanda axmaqlıqlar etmişəm. Bəli, bu düzgün deyildi. Hansısa mərhələdə bu karyeranın inkişafına mane olurdu... Ancaq indi bu haqda danışmağa dəyməz, mənim artıq 30 yaşım var ki, bu da ciddi yaş dönəmidir. Həyat davam edir. Nə karyeramın məhv olmamasına kömək etdi? Ailəm. Onda gənc idim. Valideynlərim deyirdilər, amma onlara qulaq asmırdım. Düşünürdüm ki, hər şey normal olacaq, hər şey düzələcək. Sonra yavaş-yavaş hər şey korlandı. Hətta "yavaş-yavaş" da yox. Daha sonra gələcək həyat yoldaşımla qarşılaşdım, o məni düzgün yola çəkdi. Sadəcə fikirləşməyə məcbur edən sözləri mənə deyirdi. Qarşımda seçim qoyurdu: "Mən, yoxsa alkoqol". Əlbəttə ki, mən ailəmi seçdim. Oturub bir az fikirləşdim: "Sən o qədər içdin, indi isə öz karyeranı korlayacaqsan, hansısa içkiyə görə öz inkişafını dayandırırsan. Yaxşısı budur, sadəcə futbol oyna".
Qeyd edək ki, Aleksandr Əliyev Rusiyanın Xabarovsk şəhərində doğulsa da, Ukrayna vətəndaşıdır. Onun atası Aleksandr rus olsa da, babasının azərbaycanlı kökləri var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər