Azərbaycan Çempionlar Liqasında 2 klubla təmsil olunacaq

Azərbaycan Çempionlar Liqasında 2 klubla təmsil olunacaq
2016/17 mövsümündə Azərbaycanı voleybol üzrə avrokuboklarda cəmi 2 klub təmsil edəcək. Fanat.az xəbər verir ki, "Azərreyl" və "Telekom" Çempionlar Liqasında mübarizə aparacaq.
Maliyyə problemləri yaşayan "Lokomotiv" və "Azəryol" isə avrokuboklarda iştirak etməyəcək. Bu isə o deməkdi ki, CEV kuboku və "Çağırış" kubokunda heç bir klubumuz oynamayacaq.
"Telekom" böyük ehtimalla yenə Zoran Qayiçin rəhbərliyi altında çıxış edəcək. Ancaq "Azərreyl"in baş məşqçi məsələsinə hələ aydınlıq gəlməyib. Qeyd edək ki, "Lokomotiv"in əcnəbi voleybolçulara olan borcu ya klub, ya da Voleybol Federasiyası tərəfindən ödənməsə, klublarımıza transfer qadağası qoyulacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər