Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Nazir Talıbov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu gün start götürən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Kənan İsmayılova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlardan isə 48 kq-da yarışan Könül Əliyeva ikinci yeri tutub. O, yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, ilk gündə Azərbaycanın ümumilikdə 9 cüdoçusu tatami üzərinə çıxıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər