Azərbaycan cüdoçusu AÇ-nin finalında

Azərbaycan cüdoçusu AÇ-nin finalında

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 2 cüdoçusu bürünc, 1 idmançısı isə qızıl medal uğrunda mübarizəni davam etdirir.

Fanat.Az xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Elcan Hacıyev turnirin final mərhələsinə vəsiqə qazanıb. Onu qızıl medaldan Kristian Totla (Macarıstan) görüş ayırır.

90 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Murad Fətiyev və Zelim Kotsoyev (100kq) isə yarımfinala qədər irəliləyiblər.

Lakin idmançılarımız həlledici mərhələyə gedən yolda uduzduqları üçün bürünc mükafat uğrunda yarışacaqlar.

Murad Fətiyev Laşa Bekauri, (Gürcüstan) Zelim Kotsoyev isə Maykl Korrell (Niderland) ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər