Azərbaycan cüdoçuları 24 martda Almaniyanın Bremen şəhərində keçiriləcək Beynəlxalq Bremen Masters turnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası yarışda oğlanlar arasında 6 çəki dərəcəsində 20 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.
-60 kq. Babarəhim Mirzəyev Elton İmranov Murad Muradlı
-66 kq. Nicat Nağıyev İslam Rəhimov Məhəmməd Musayev Nizami İmranov Bəhram Qurbanlı Mehdi Cəfərov
-73 kq. Aydın Rzayev Əbil Yusubov Elnur Qasılov Süleyman Əliyev
-81 kq. Süleyman Şükürov Nahid Tarquliyev
-90 kq. Tuncay Şamil Aslan Kotsoyev
+100 kq. Kənan Nəsibov Ramazan Əhmədov Eldar Əliyev