23-24 martda Almaniyanın Türingiya şəhərində yeniyetmə və gənc qızlar arasında beynəlxalq Türingiya Kuboku keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanın cüdo üzrə yeniyetmə qızlardan ibarət milli yığma komandası yarışda arasında 6 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
-40 kq. Xədicə Abdullayeva
-44 kq. Leyla Ələkbərova Nərmin Məmmədli
-48 kq. Nuranə Hacızadə Diana Eldarova Könül Eyvazlı Nərmin Xəlilzadə
-52 kq. Vüsalə Hacıyeva Aysun Məmmədova Aliyə Rüstəmova Səmayə Yusifli
-57 kq. Aytən Verdiyeva Nilgül Rzayev
-63 kq. Mələk Bayramlı Fidan Cəlilli