Azərbaycan cüdoçuları "Odivelas Qran Pri"sində iştirak edəcəklər

Azərbaycan cüdoçuları "Odivelas Qran Pri"sində iştirak edəcəklər

Azərbaycan cüdoçuları 26-28 yanvarda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək "Qran Pri" turnirində iştirak edəcək. 

Fanat.Az xəbər verir ki, üç gün davam edəcək turnirdə 93 ölkədən 660 idmançı medallar uğrunda mübarizə aparacaq. 

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərliyi altında çıxış edəcək.

Qadınlar 

-48 kq.  Könül Əliyeva 

-52 kq.  Aydan Vəliyeva  Gültac Məmmədəliyeva 

-57 kq.  Fidan Əlizadə  Acelya Toprak

Kişilər

-60 kq.  Balabəy Ağayev  Turan Bayramov 

-66 kq.  Yaşar Nəcəfov  Kamran Süleymanov 

-73 kq.  Rəşid Məmmədəliyev  Nurlan Osmanov

-81 kq.  Səid Mollayi  Zelim Tçkayev 

-90 kq.  Elcan Hacıyev  Vüqar Talıbov 

+100 kq.  Uşanqi Kokauri

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər