Azərbaycan çempionunu güllələyən şəxs yaxalandı

Azərbaycan çempionunu güllələyən şəxs yaxalandı

İki qat Azərbaycan çempionu Elmir Cəlilovu Gəncədə odlu silahla qətlə yetirən şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən şəxs 1984-cü il təvəllüdlü Anar Tağıyevdir. 

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər