“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, ağdamlılar Qazaxıstan və Polşa klublarıyla oynayacaq.
Bakı vaxtıyla 16.30-da start götürən matçdakı rəqib “Atırau” olub. Son mövsümdə Qazaxıstan 7-cisi olan rəqibə qarşı Qurbanov aşağıdakı “11-lik”lə başlayıb:
“Qarabağ”: 13. İbrahim Şehiç, 10. Muarem Muarem, 11.Mahir Mədətov, 3. Eltun Turabov, 4. Elçin Rəhimli, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Elgün Uluxanov, 91. Coşqun Diniyev.
Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan “köhlən atlar” ikinci yarıda hesabı dəyişə bilməyib.
“Qarabağ” – “Atırau” (Qazaxıstan) - 0:1
Ağdamlılar 18.30-da “Termalika”yla (Polşa) üz-üzə gələcək. Qurbanov ikinci oyunda fərqli “11-liy”ə güvənəcək.
Fanat.Az