Serb qapıçı Saşa Stamenkoviç Qazaxıstanın Kokşetau şəhərinin "Okjetpes" klubu ilə bir il müddətinə müqavilə imzalayıb.
Fanat.az "Novosti.rs" nəşrinə istinadən xəbər verir ki, Qazaxıstanda transfer pəncərəsi aprelin 3-də bağlanacaq və klub həmin vaxtadək çempionatda iştirak etməsi üçün Stamenkoviçin keçidini elan edəcək.
31 yaşlı futbolçu sonuncu dəfə ötən ilin mayında meydana çıxıb. O, Bakının "Neftçi" və Belqradın "Srvena Zvezda" klublarında çıxışı ilə məşhurdu. Serbiya KİV-nin məlumatına görə, Azərbaycan klubu 2011-ci ildə onun transferi üçün 1 milyon dollardan çox pul ödəyib.
Stamenkoviç karyerası ərzində 2 dəfə Azərbaycan çempionu, 1 dəfə Serbiya və Azərbaycan kubokunun qalibi olub. O, 2011-2015-ci illərdə "Neftçi"də çıxış edib.
Fanat.az