Azərbaycan çempionatının püşkü atıldı: İlk turun təqvimi

Azərbaycan çempionatının püşkü atıldı: İlk turun təqvimi

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, sayca 25-ci ölkə çempionatının iştirakçıları ilk turun təqvimi müəyyənləşib.

Son 3 mövsümdə olduğu kimi bu dəfə də komandalar 4 dövrədə münasibətlərini ayırd edəcəklər. Yeni mövsüm həm də onunla əlamətdar olacaq ki, turnirdə debütant görməyəcəyik. I diviziondan heç bir komanda lisenziya almadığından Premyer Liqa təcrübəli komandalar yenidən öz aralarında qüvvələrini sınayacaqlar.

 Püşk nəticəsində ilk turun təqvimi aşağıdakı kimi müəyyənləşib.

 

Topaz Premyer Liqası

I tur

6-7 avqust

 

Qarabağ (Ağdam) - İnter (Bakı)

Qəbələ (Qəbələ) -  Kəpəz (Gəncə)

AZAL (Bakı) -  Neftçi (Bakı)

Zirə (Bakı) - Sumqayıt (Sumqayıt)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər