Azərbaycan çempionatının ən bahalı oyunçuları - SİYAHI

Azərbaycan çempionatının ən bahalı oyunçuları - SİYAHI
Azərbaycan çempionatında oynayan ən bahalı futbolçular müəyyənləşib. Fanat.az bu baradə "Transfermarkt"a istinadən xəbər verir.
Məşhur alman saytının hesablamalarına görə, çempionatımızın ən dəyərli oyunsusu Ermin Zetsdi. "Qəbələ"nin bosniyalı üzvünün transfer dəfəri 2 milyon 571 min manatdı (1.5 milyon avro).
Onu Riçard Almeyda və Vitali Vernidub izləyir. "Qarabağ"la "Qəbələ"nin legionerlərinə 2 milyon 56 min manat (1.2 milyon avro) qiymət qoyulub.

№

Futbolçu (klub)

Dəyəri (manat)

1

 Ermin Zets (Qəbələ)

2.571.000

2

 Riçard Almeyda (Qarabağ)

2.056.800

3

 Vitali Vernidub (Qəbələ)

2.056.800

4

 Aleksey Antonov (Qəbələ)

1.714.000

5

 Samuel Armenteros (Qarabağ)

1.714.000

6

 Migel Madera (Qarabağ)

1.714.000

7

 Reynaldo Silva (Qarabağ)

1.714.000

8

 İbrahim Şehiç (Qarabağ)

1.371.200

9

 Dani Kintana (Qarabağ)

1.371.200

10

 Sergey Zenyov (Qəbələ)

1.371.200

11

 Əl Jadeyui Əl Hərbi (Qarabağ)

1.285.500

12

 Dmitri Bezotosnı (Qəbələ)

1.285.500

13

 Pavel Paşayev (Qəbələ)

1.028.400

14

 Vojislav Stankoviç (Qəbələ)

1.028.400

15

 Aleksey Qay (Qəbələ)

942.700

16

 Nelson Bonilla (Zirə)

942.700

17

 Nikolas Kanales (Neftçi)

857.000

18

 Rikardinyo (Qəbələ)

857.000

19

 Kamran Ağayev (İnter)

857.000

20

 Qara Qarayev (Qarabağ)

857.000

Azərbaycanda oynayan ən bahalı azərbaycanlı futbolçular siyahısına Pavel Paşayev başçılıq edir. "Qəbələ"də ehtiyat oyunçular skamyasının daimi üzvünə çevirilən müdafiəçiyə 1 milyon 28 min 400 manat (600.000) qiymət qoyulub.
Onu Kamran Ağayevlə Qara Qarayev izləyir. Millimizin üzvlərinin transfer dəyəri 857 min manatdı (500 min avro).

№

Futbolçu (klub)

Dəyəri (manat)

1

 Pavel Paşayev (Qəbələ)

1.028.400

2

 Kamran Ağayev (İnter)

857.000

3

 Qara Qarayev (Qarabağ)

857.000

4

 Bədavi Hüseynov (Qarabağ)

771.300

5

 Vaqif Cavadov (Sumqayıt)

685.600

6

 Ruslan Abışov (Qəbələ)

685.600

7

 Arif Daşdəmirov (Qəbələ)

685.600

8

 Məhəmməd Mirzəbəyov (Qəbələ)

685.600

9

 Araz Abdullayev (Neftçi)

685.600

10

 Səlahət Ağayev (Sumqayıt)

685.600

11

 Coşqun Diniyev (Qarabağ)

685.600

Qeyd: "Transfermarkt" qiymətləri avro ilə müəyyənləşdirib. Fanat.az həmin qiymətləri Mərkəzi Bankın bu gün üçün açıqladığı məzənnəyə uyğunlaşdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər