Azərbaycan çempionatının bürünc mükafatçısı müəyyənləşdi

Azərbaycan çempionatının bürünc mükafatçısı müəyyənləşdi

Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasında bürünc mükafatçı müəyyənləşib. Fanat.az xəbər verir ki, üçüncü yerin sahibi "Lokomotiv" klubu olub.

"Dəmiryolçular" 3-cü yer uğrunda hər 3 qarşılaşmada "Azəryol"u yenib. Əvvəlki 2 görüşdə 3:0 və 3:2 hesablı üstünlük əldə edən "Lokomotiv" bu gün də qalib gələrək, ümumi hesabda qələbə sayını 3-ə çatdırıb - 3:0.

Çempion isə "Azərreyl" - "Telekom" cütünün qalibi olacaq. Əvvəlki iki görüşdə üstünlük "Azərreyl"in tərəfindədi - 2:0. Bülent Karslıoğlunun baş məşqçi olduğu komanda bu gün də qələbə qazansa, qızıl medalçı olacaq. Matç saat 18.00-da başlayıb.

Super Liqa

Final mərhələsi

3-cü oyunlar

3-cü yer uğrunda

Lokomotiv - Azəryol 3:0 (25:17, 25:21, 25:16)

Əvvəlki oyunlar - 3:0, 3:2

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər