Azərbaycan çempionatının başlama tarixi müəyyənləşdi

Azərbaycan çempionatının başlama tarixi müəyyənləşdi

Noyabrın 12-də kişi həndbolçular arasında Azərbaycan çempionatının 2022-2023-cü il mövsümünə start veriləcək.

Fanat.Az xəbər verir ki, yarış dairəvi sistem üzrə dörd dövrədən ibarət olacaq. 

Aprelin 30-dək davam edəcək çempionatın oyunları “AHF Arena”da keçiriləcək.

Hər komanda rəqibi ilə iki gün ərzində qonaq və ev oyunlarını keçirəcək.

Təsdiqlənən reqlamentə əsasən, qələbəyə görə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub isə 1 xal qazanacaq. Çempionatın ilk turunda “Təhsil” – U-16, “Məhsul” – “Bakı” və İdman Akademiyası – RİOEUGİM oyunları keçiriləcək.

Qadınların ölkə çempionatı isə noyabrın 19-da start götürəcək. Birinci turda İdman Akademiyası – “Azəryol” və “Azərsu” – U-16 matçları oynanılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər