Azərbaycan çempionatında yeni klub - "Masallı"

Azərbaycan çempionatında yeni klub - "Masallı"

Azərbaycanda yeni futbol klubu yaradılıb.

Fanat.Az xəbər verir ki, yeni yaradılan “Masallı” klubuna “Xəzər-Lənkəran”ın bir neçə oyunçusu da cəlb edilib.

Yeni klub ölkə çempionatında iştirak etmək niyyətindədir. Klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimov APA-ya bildirib ki, “Masallı” klubu ölkənin cənubunu təmsil edəcək. Ötən gün klubun təqdimatı olub və bir neçə iş adamı kluba sponsorluq edəcəyini bildirib.

Komanda müvəqqəti olaraq Ərkivan qəsəbəsindəki stadionda məşq edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər