Azərbaycan çempionatında "İran istilası"

Azərbaycan çempionatında "İran istilası"
Ötən gün Azərbaycan I divizionunda 2016/17 mövsümünə start verilib. Aşağı liqa ilə diqqət çəkən əsas məqamlardan biri bu mövsüm İrandan olan futbolçuların çoxluq təşkil etməsidi.
Belə ki, I divizionda çıxış edən 14 klubdan 4-ü cənub qonşumuzun vətəndaşlığını daşıyan futbolçulara öz heyətlərində yer verib. Onların ümumi sayı isə 9-du.
Ən çox iranlı futbolçuya güvənən klub "Rəvan" olub. Premyer Liqanı tərk etmiş Bakı klubunun sifariş ərizəsində İrandan 4 legioner var.
"Şahdağ" və "Energetik"in heyətində 2, "Mil-Muğan"da isə 1 futbolçu yer alıb.
Qeyd edək ki, I divizionda İrandan başqa ölkə daha 6 legioner çıxış edəcək. Onlardan 4-ü Nigeriya vətəndaşıdı. Qalan 2 futbolçu isə Rusiya və Kot-D`İvuarı təmsil edir.
Rəvan
Omid Masumi
Saed Faxarişalde
Çangiz Şahriari
Cavid Taleb
Şahdağ
Seyedaydın Hosseyni
Ziai Seyedhosseyn
Energetik
Sepehr Torkamanianafşar
Vahid Rostami
Mil-Muğan
Seyidhəmid Mirabdullahi
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər