Azərbaycan çempionatında komanda yarışının qalibləri müəyyənləşdi

Azərbaycan çempionatında komanda yarışının qalibləri müəyyənləşdi

Stolüstü tennis üzrə Azərbaycan çempionatında ilk mükafatçılar məlumdur.

Fanat.Az xəbər verir ki, komanda yarışlarında medalçılar bəlli olub.

Kişilərin mübarizəsində "Bakı-1" kollektivi birinci yeri tutub. "Bakı-2" ikinci, "Bakı-3" və "Şabran" üçüncü yerdə qərarlaşıb.

Qadınların yarışında "Sumqayıt-1" qalib gəlib. "Bakı-1" komandası ikinci yeri tutub. "Bakı-2" və "Sumqayıt-2" üçüncü pillədə qərarlaşıb.

Növbəti günlərdə şəxsi, qoşa və qarışıq qoşa növlər üzrə mükafatçılar müəyyənləşəcək. Azərbaycan çempionatı martın 6-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər