Azərbaycan çempionatında ikinci tura yekun vuruldu

Azərbaycan çempionatında ikinci tura yekun vuruldu

Kişi həndbolçular arasında Azərbaycan çempionatında II turun matçları keçirilib.

Fanat.Az xəbər verir ki, növbəti oyun günündə meydana əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar. Görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb - 21:21.

Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” son çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib - 25:24.

Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30, "Təhsil" isə "U-16"ya 46:22 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər