Azərbaycan çempionatında futbolçular qapını sındırdı

Azərbaycan çempionatında futbolçular qapını sındırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə I divizionun XVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib: 
* “Şahdağ” - “Zaqatala” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu İsrafil Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* “Energetik” - “Şərurspor” matçının 39-cu dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
- Oyunun 72-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Mehdi Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
- Oyunun 85-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Samir Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* “Ağsu” - “Şəmkir” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
* “Göyəzən” - “Neftçala” matçının 68-cı dəqiqəsində “Neftçala”nın futbolçusu Emin Mirzəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* “Bakı” - “Qaradağ Lökbatan” matçının 74-cü dəqiqəsində “Bakı”nun futbolçusu Famil Camalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* “Mil-Muğan” - MOİK matçında “Mil-Muğan”ın 4, MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur.
- Oyun başa çatdıqdan sonra MOİK-in futbolçuları soyunub geyinmə otağının giriş qapısının lövhələrini və bir neçə inventarı sındırıb, stadiona maddi ziyan vurub. "Mil-Muğan"ın dəymiş ziyana əsasən təqdim edəcəyi hesaba uyğun olaraq MOİK bütün zərəri qarşılayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər