Azərbaycan çempionatında daha çəki dərəcəsində qaliblər müəyyənləşdi

Azərbaycan çempionatında daha çəki dərəcəsində qaliblər müəyyənləşdi
7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir. 
Fanat.Az xəbər verir ki, kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyən edilib. İsmayıllılı atlet Məhəmməd Məmmədli bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, toplam 277 kq (122+155) nəticə ilə hamını qabaqlayıb. Sonrakı yerləri müvafiq olaraq toplam 260 kq (120+140) nəticə ilə Rüstəm Qasımov və toplam 250 kq (110+140) nəticə ilə Elməddin Hüseynov tutub.
73 kq çəki dərəcəsində medalçıların adına aydınlıq gəlib.  Çempion adını Paşa İbrahimli qazanıb. O, rəqiblərini xeyli qabaqlayaraq, toplam 293 kq (133+160) nəticə qızıl medala sahib çıxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 270 kq (125+145) nəticə ilə Kənan Xəlilov və toplam 255 kq (111+144) nəticə ilə Nurlan Rəsulov tutub.
81 kq çəki dərəcəsində də fəxri kürsüyə yüksələn atletlərin adları məlum olub. Azərbaycan çempionu tituluna toplam 296 kq (131+165) nəticə göstərən Kənan Əliquliyev layiq görülüb. Sonrakı yerləri müvafiq olaraq toplam 289 kq (130+159) nəticə ilə Orxan Zeynalov və toplam 280 kq (122+158) nəticə ilə Füqan Əliyev tutub.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
67 kq
 
Azərbaycan çempionatında daha çəki dərəcəsində qaliblər müəyyənləşdi
73 kq
 
Azərbaycan çempionatında daha çəki dərəcəsində qaliblər müəyyənləşdi
81 kq
 
Azərbaycan çempionatında daha çəki dərəcəsində qaliblər müəyyənləşdi
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər