Azərbaycan çempionatında biabırçılıq! - FOTO

Azərbaycan çempionatında biabırçılıq! - FOTO

I divizionun XV turunda "Bakılı" "Şərurspor"u qəbul edib. Fanat.Az futbol11.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahiblərinin baş məşqçisi əvəzetməyə əl atıb.

Normal futbolu olan ölkələrdə əvəzetmələr zamanı dördüncü hakim tablodan istifadə edir. Ancaq, "İnter Arena"nın 4-cü meydançasında keçirilən qarşılaşmada tablo olmayıb.

Bundan başqa, matçın 25-ci və 32-ci dəqiqələrində meydan sahiblərinin futbolçuları zədələnib. Bu zaman "Bakılı"nın həkiminin olmaması diqqət çəkib. Zədələnən futbolçulara "Şərurspor"un həkimi tibbi yardım göstərib.

Azərbaycan çempionatında biabırçılıq! - FOTO

Azərbaycan çempionatında biabırçılıq! - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər