Azərbaycan çempionatında 11 sentyabr faciəsi - 12:0

Azərbaycan çempionatında 11 sentyabr faciəsi - 12:0
I divizionda 2015/16 mövsümünə start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Premyer Liqada I diviziona yuvarlanan "Bakı" debütant "Şərurspor"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. "Qaradağ Lökbatan" səfərdə "Mil-Muğan"la "sülh" bağlayıb - 1:1. "Bakılı" isə rəqib meydanında "Göyəzən"i 3:1 hesabı ilə udub.
Daha üç qarşılaşma dünən keçirilib. Son çempion "Neftçala" səfərdə "Energetik"i 12:0 hesabı ilə yenib. "Şəmkir" evdə "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəlib. "Şahdağ" - MOİK oyununda isə hesab açılmayıb.
Qeyd edək ki, "Ağsu" - "Zaqatala" görüşü isə oktyabrın 5-də keçiriləcək.
I divizion
2015/16 mövsümü
I dövrə, I tur
10 sentyabr
Bakı - Şərurspor 2:1
Qollar: Kamil Nurəhmədov, 88. Tural Adıgözəlov, 90+2 - Rəhman Musayev, 42.
Göyəzən - Bakılı 1:3
Qollar: Fazil Vəliyev, 18 - Nicat Tağıyev, 12; 90+1-pen. Emin Mollayev, 63.
Mil-Muğan - Qaradağ Lökbatan 1:1
Qollar: Aslan Hüseynov, 46 - Bayram Əliyev, 79.
11 sentyabr
Şəmkir - Turan Tovuz 3:0
Qollar: İlham Alahverdiyev, 29; 43. Sərxan Ağayev, 90+1.
Energetik - Neftçala 0:12 
Qollar: Fərmayıl Əliyev, 19; 31; 36. David Canelidze, 24-pen; 49; 85; 88. Aqşin Muxtaroğlu, 41. Məhəmməd Xəlilov, 50; 60. Anar Babayev, 77. Mübarək Şahquliyev, 90.
Şahdağ - MOİK 1:1
Qollar: Vurğun Həsənzadə, 87 - Bayram Kərimov, 90+2-pen.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər