Qadın voleybolçular arasında Azərbaycan çempionatı başlayır. Fanat.az хəbər verir ki, yeni mövsümdə 6 komanda mübarizə aparacaq.
Yarışa "Azərreyl", "Azəryol", "Lokomotiv", "Telekom"la yanaşı, Gürcüstanın "Tiflis" klubu və Azərbaycanın gənclər yığması da qatılacaq.
Ölkə çempionatına oktyabrın 6-da start veriləcək. Oyunlar “Azərreyl” İdman Bazası, AVF İdman Zalı və “Gənclik” Olimpiya İdman Kompleksində baş tutacaq.
Fanat.az