Azərbaycan Bosniya və Herseqovinaya rəqib oldu

Azərbaycan Bosniya və Herseqovinaya rəqib oldu
Mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi dövründə 3 yoldaşlıq oyununda gücünü sınayacaq. 
 
Fanat.az xəbər verir ki, millimiz mayın 28-də və 31-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. 
Sloveniyada sonuncu oyununu iyunun 3-də keçirəcək U-21 Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq. Hər 3 oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər