Azərbaycan - Bosniya və Herseqovina oyununda qol olmadı

Azərbaycan - Bosniya və Herseqovina oyununda qol olmadı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamız Sloveniyadakı təlim-məşq toplanışında 3-cü sınağına çıxıb.
 
Mayın 25-dən Balkan yarımadasında olan Yaşar Vahabzadənin yetirmələri bu dəfə Bosniya və Herseqovina ilə üz-üzə gəliblər.  Matç başladığı kimi, qolsuz bərabərliklə başa çatıb.
 
Qeyd edək ki, yığmamız ilk iki qarşılaşmada Sloveniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Birinci oyunda 1:4 hesabı ilə uduzan yığmamız ikinci matçda 2:1 hesabı ilə qələbə qazanıb.
Yoxlama oyunu
3 iyun
 
18.00 Azərbaycan - Bosniya və Herseqovina 0:0
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər