Azərbaycan Bolqarıstana 4 qol vurdu

Azərbaycan Bolqarıstana 4 qol vurdu

17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız üçüncü oyununu keçirib. Fanat.az xəbər verir ki, Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşan millimiz 4:0 hesabı ilə qələbə qazanıb.

Komandamızın qollarını Zəhra İncəoğlu (25-ci dəqiqə), Firəngiz Teymurova (57), Vüsalə Seyfətdinova (59) və Rövşanə Sərdarlı (68) vurub.

Qeyd edək ki, yığmamız ilk oyununda Moldovaya 1:3 uduzsa da, Latviyaya 3:0 hesabıyla qalib gəlmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər