Azərbaycan beynəlxalq təlim-məşq toplanışına 19 cüdoçu ilə qatılıb

Azərbaycan beynəlxalq təlim-məşq toplanışına 19 cüdoçu ilə qatılıb

Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı keçirilir.

Fanat.Az xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanın 19 cüdoçusu (12 kişi, 7 qadın) qatılıb.

İdmançılara kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədov başçılıq edir.

13 ölkənin iştirak etdiyi təlim düşərgəsi martın 6-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər