Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gün II tura start verilib.
A qrupunun ilk oyununda millimizi 5:0 hesabı ilə yenmiş Portuqaliya Belçikaya uduzmuş Şotlandiyanı qəbul edib. "Dalğa Arena"da baş tutan oyunda 2:0 hesablı qələbə qazanan Portuqaliya 1/4 finala vəsiqəni təmin edib.
Azərbaycan isə Belçikanı sınağa çəkib. İlk oyunda Portuqaliya qarşısında rusvay olan millimiz bu gün bir xala sevinib. Hesabı 72-ci dəqiqədə Adrien Bonqiovanni açıb. 6 dəqiqə sonra isə Murad Mahmudov bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.
B qrupunun ilk matçında Ukrayna və Avstriya üz-üzə gəlib. İlk turda da qələbə qazanan avstriyalılar rəqibi iki cavabsızh topla məyus edərək 1/4 finala vəsiqəni təmin edən ilk komanda olublar. Qrupun digər oyununda isə Almaniya Bosniya və Herseqovinanı 3:1 hesabı ilə yenib.
AVRO-2016 (U-17)
Qrup mərhələsi
II tur, 8 may
A qrupu
Portuqaliya - Şotlandiya 2:0
Qollar: Quina, 37. Joze Qomes, 55.
Hakimlər: Qunnar Yarl Yonsson (İslandiya), Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə), Əliyar Ağayev (Azərbaycan).
“Dalğa Arena”.
Azərbaycan - Belçika 1:1
Qollar: Murad Mahmudov, 78 - Adrien Bonqiovanni, 72.
Hakimlər: Petr Ardeleanu (Çexiya), Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta), Alen Duro (Lüksemburq).
8-ci km qəsəbə stadionu.
| 1 | Portuqaliya | 2 | 2 | 0 | 0 | 7:0 | 6 |
| 2 | Belçika | 2 | 1 | 1 | 0 | 3:1 | 4 |
| 3 | Azərbaycan | 2 | 0 | 1 | 1 | 1:6 | 1 |
| 4 | Şotlandiya | 2 | 0 | 0 | 2 | 0:4 | 0 |
B qrupu
Ukrayna - Avstriya 0:2
Qollar: Romano Şmid, 7. Valentino Müller, 21.
Hakimlər: Sveyn Erik Edvartsen (Norveç), Lazaros Dimitriadis (Yunanıstan), Levan Varamişvili (Gürcüstan), Orxan Məmmədov (Azərbaycan).
8-ci km qəsəbə stadionu.
Almaniya - Bosniya və Herseqovina 3:1
Qollar: Atakan Akkaynak, 17-pen. Yari Otto, 66; 72 - Tom Baak, 2 (avtoqol).
Hakimlər: Peter Kraloviç (Slovakiya), Vasili Ermişin (Moldova), Balaj Buzas (Macarıstan), Sergeyus Sliva (Litva).
"Dalğa Arena".
| 1 | Avstriya | 2 | 2 | 0 | 0 | 4:0 | 6 |
| 2 | Almaniya | 2 | 1 | 1 | 0 | 5:3 | 4 |
| 3 | Ukrayna | 2 | 0 | 1 | 1 | 2:4 | 1 |
| 4 | Bosniya və Herseqovina | 2 | 0 | 0 | 2 | 1:5 | 0 |
Fanat.az