Azərbaycan Bakı Olimpiadasını medalsız başa vurdu

Azərbaycan Bakı Olimpiadasını medalsız başa vurdu

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun görüşləri başa çatıb. Fanat.Az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət əsas milli Türkmənistanla qarşılaşıb.

Qarşılaşma əsas yığmanın üstünlüyü ilə başa çatıb. İkinci komanda Boliviyadan güclü olub. Üçüncü yığma isə Albaniya ilə sülh bağlayıb.

Qadınlardan ibarət əsas yığmanın son rəqibi Malayziya olub. Görüşün sonunda azərbaycanlı şahmatçılar qələbəyə sevinib. İkinci komanda İranla qarşılaşıb və məğlubiyyətə uğrayıb. Üçüncü milli isə Makedoniyanı məğlub etməyi bacarıb.

Bakı Şahmat Olimpiadası

XI tur

Kişilər

Türkmənistan – Azərbaycan-1 1:3

Maksat Atabayev – Teymur Rəcəbov - 0.5:0.5

Yusup Atabayev – Rauf Məmmədov - 0.5:0.5

Saparmırat Atabayev – Arkadi Naydiç - 0:1

Xandzar Odyev – Eltac Səfərli - 0:1

Azərbaycan-2 - Boliviya 3:1

Vasif Durarbəyli – Xose Daniel Cemi - 0:1

Nicat Abbasov – Luis Migel Aqillar - 1:0

Ülvi Bacarani – Anoday Delqadillo - 1:0

Namiq Quliyev – Alexandro Parraqa - 1:0

Azərbaycan-3 - Albaniya 2:2

Vüqar Əsədli – Erald Dervişi - 0.5:0.5

Nail Bəşirli – Dritan Mehmeti - 1:0

Abdulla Qədimbəyli – İlir Seitaj - 0.5:0.5

Pərviz Qasımov – Frants Aşiku - 0:1

Bu nəticələrdən sonra Azərbaycan-1 15 xalla 12-ci, Azərbaycan-2 14 xalla 26-cı, Azərbaycan-3 isə 13 xalla 49-cu yeri tutub. Olimpiya çempionu adını 20 xalla ABŞ qazanıb. Eyni xala malik Ukrayna 2-ci, 18 xalı olan Rusiya 3-cü yeri tutub.  

Qadınlar

Azərbaycan-1 - Malayziya 3:1

Zeynəb Məmmədyarova – Li Tinq Tan - 0.5:0.5

Günay Məmmədzadə - Aliya Bakri - 0.5:0.5

Aydan Höccətova – Nur Nabilya Azman - 1:0

Nərmin Kazımova – Puteri Rifqax Azxar - 1:0

İran – Azərbaycan-2 3.5:0.5

Sarasadat Xademalşariex – Türkan Məmmədyarova - 1:0

Atousa Purkaşian – Nərmin Xələfova - 1:0

Mitra Xidjazipur – Ülviyyə Fətəliyeva - 1:0

Qazal Hakimifard – Nərgiz Umudova - 0.5:0.5

Makedoniya – Azərbaycan-3 0:4

Monika Stoykovska – Nərmin Məmmədova - 0:1

Boyana Beyatoviç – Xanım Balacayeva - 0:1

Draqana Nikolovska – Gövhər Beydullayeva - 0:1

İvana Manova – Ayan Allahverdiyeva - 0:1

Bu nəticələrdən sonra Azərbaycan-1 16 xalla 8-ci yeri tutub. 13 xala malik Azərbaycan-3 Olimpiadanı 30-cu, eyni xalı olan Azərbaycan-2 isə 32-ci pillədə tamamlayıb. Çin yığması 20 xalla olimpiya çempionu olub. 17 xala malik Polşa ikinci, Ukrayna üçüncü olub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər