Azərbaycan badmintonçusu Türkiyədə "qızıl" qazandı

Azərbaycan badmintonçusu Türkiyədə "qızıl" qazandı

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Fanat.Az-ın Badminton Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, mübarizyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.

İdmançı qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada danimarkalı Amalie Skulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər