Azərbaycan Avropa Liqasından imtina etdi – RƏSMİ

Azərbaycan Avropa Liqasından imtina etdi – RƏSMİ
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında iştirak etməyəcək. Fanat.Az xəbər verir ki, Voleybol Federasiyası bu il sonuncu yeri tutan Fərid Cəlalovun yetirmələrinin yarışda iştirakını məqsədəuyğun saymayıb.
 
Nəticədə yeni ildə baş tutacaq yarışın Qızıl Liqasında 12, Gümüş Liqasında 8 yığma mübarizə aparacaq. Bu il yarışın mükafat məbləği də rekord həddədi - 413 min avro. Həm kişilərin, həm də qadınların yarışında çempion olacaq yığma 125 min avro qazanacaq.
 
Artıq kişi komandaların da qrupları müəyyənləşib:
 
Qızıl Avropa Liqası
A qrupu: Belçika, Estoniya, Slovakiya, İsveç
B qrupu: Sloveniya, Hollandiya, Türkiyə, Ukrayna
C qrupu: Finlandiya, Çexiya, Portuqaliya, İspaniya
 
Gümüş Avropa Liqası
A qrupu: Makedoniya, Latviya, Avstriya, Kosovo
B qrupu: Belarus, Xorvatiya, Macarıstan, Albaniya
 
Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında gücünü yoxlayacaq. Komandamız Bolqarıstan, Ukrayna və Portuqaliya ilə A qrupunda oynayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər