Azərbaycan atıcısı beynəlxalq turnirdə 2-ci oldu

Azərbaycan atıcısı beynəlxalq turnirdə 2-ci oldu

Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində medal qazanıb.

Fanat.Az Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadınlar arasında pnevmatik tapançadan atəş üzrə mübarizə aparan təmsilçimiz 235.2 xalla ikinci yeri tutaraq gümüş medal əldə edib.

Yarış martın 24-nə qədər davam edəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər