Azərbaycan atıcısı Almaniyada çempion oldu

Azərbaycan atıcısı Almaniyada çempion oldu

Azərbaycanın atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində qızıl medal qazanıb.

Fanat.Az Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.

Yarış martın 24-nə qədər davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər