Azərbaycan atıcıları Fransada bürünc medal qazandılar

Azərbaycan atıcıları Fransada bürünc medal qazandılar

Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan idmançıları uğurlu nəticə əldə ediblər.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidməti yayıb.

Dairəvi (skeet) stend qarışıq duet komandası kateqoriyasında mübarizə aparan Niyaz Ağazadə və Riqina Meftaxetdinova cütlüyü bürünc medal qazanıb.

Medal qarşılaşmasında təmsilçilərimiz Stefan Nilsson Şoen və Viktoria Larssondan ibarət İsveç duetinə qarşı üstün oyun nümayiş etdirərək inamlı qələbə ilə 3-cü yeri təmin ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər