Azarkeşlər “Neftçi”yə təzyiq göstərdilər

Azarkeşlər “Neftçi”yə təzyiq göstərdilər

“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubu ilə cavab matçı öncəsi ötən gün son məşqə çıxıb. Fanat.az xəbər verir ki, komandamızın son hazırlıq prosesi qaydalara uyğun olaraq Korçe şəhərindəki “Skenderbeu” stadionunda baş tutub.

Lakin futbolçular komandamızı arenaya aparan avtobusu tərk edən kimi, yerli fanatların təzyiqi ilə üzləşiblər. Onlar “Neftçi”nin futbolçularının ünvanına təhqir dolu şüarlar səsləndiriblər. Hətta yerli fanatlar pirotexniki vasitələrdən də yararlanıblar. Amma bu kiçik qalmaqal “ağ-qaralar”ın məşqə vaxtında çıxmasına mane olmayıb.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər