AZAL "Qəbələ" ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Fanati.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov 6 futbolçunun xidmətindən məhrum olub.
Belə ki, Aleksandr Şemonyayev, Samuel Barlay və Vladimir Boqdanoviç sarı vərəqə limiti üzündən səfər matçını buraxacaq. Orxan Həsənov, Murad Ağayev, Freddi Berq isə zədə səbəbindən kənarda qalacaq. Kapitan Viktor İbekoyi artıq tam sağalıb və meydana çıxa biləcək.
Fanat.az