AZAL - "İnter": məşqçi fikirləri

AZAL - "İnter": məşqçi fikirləri

Premyer Liqanın XXXVI turunun AZAL - "İnter" (1:3) oyunundan sonra məşqçilər fikirlərini bildirib: 

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Mövsümün son oyununda bir neçə futbolçuya oynamaq şansı verdim. Xuan Fransisko və Orxan Səfiyaroğlunu sınadım. Hücumun kəsəri, vuran ayağımız yoxdu. Müdafiədə bəsit qollar buraxırıq. Yeni mövsümdən bir neçə gənc oyunçunu əsas heyətə cəlb edəcəyik. Baxışa bir neçə futbolçu cəlb edəcəyik. Onları toplanışın 3-cü dövründə, yoldaşlıq oyunlarında sınaycağıq".

Kaxaber Tsxadadze ("İnter"in baş məşqçisi): "Komandaları mövsümün bitməsi münasibətilə təbrik edirəm. Son oyunu gözəl qələbə ilə başa vurduq. Futbolçulara bu mövsüm göstərdikləri çalışqanlığa görə bir daha təşəkkür edirəm. “Qarabağ” çempionluğa layiqli idi, biz də ikinciliyə. Komandanın mövsüm boyu göstərdiyi futbol da xoşuma gəldi. Bugünkü oyunda əvəzedici heyətin futbolçuları uğurlu çıxış etdilər. 90 dəqiqəni tam oynamaq iqtidarında olmasalar da, əsas heyətin oyunçularını layiqincə əvəz edə bildilər. Çempionatın səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Bu cür güclü keçən çempionatda, güclü rəqiblərə qarşı oyunlarda qazanılan uğur məni sevindirir. Mövsüm çox gərgin və yorucu oldu. Avroliqada uğurlu çıxış etmək istəyirik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər