Topaz Premyer Liqasının XXIII turu çərçivəsində bir qədər əvvəl başa çatan AZAL - “İnter” matçından sonra dava düşüb. Fanat.az xəbər verir ki, ilk qığılcım qarşılaşmanın sonlarında yaranan mübahisə zamanı olub.
Sezar Meza Kollinin komanda yoldaşına qarşı sərt hərəkətinə dözə bilməyərək ona etiraz edən AZAL-ın yarımmüdafiəçisi Nicat Qurbanova cavab “İnter”in hücumçusu Baçana Tsxadadzedən gəlib. Həmin vaxt ehtiyat oyunçular skamyasında olan Tsxadadze ilə Qurbanovu komandaların baş məşqçiləri sakitləşdirib.
Lakin qarşılaşmadan sonra futbolçular paltardəyişmə otağına yollanarkən dəhlizdə yenidən ara qarışıb. Bu dəfə futbolçular kollektiv şəkildə davaya girişiblər. Yalnız məşqçilərin və mühafizəçilərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. //sportinfo.az
Fanat.az