AZAL-ın sabiq üzvü "İnter"dən danışdı

AZAL-ın sabiq üzvü "İnter"dən danışdı
"Bizi yaxşı rəqiblə duel gözləyir. Amma "İnter"lə oyunda şanslarımız pis deyil. Çalışacağıq ki, mərhələ keçək". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in Avropa Liqasındakı rəqibi "Tiraspol"un hücumçusu Georgi Boqyu deyib.
AZAL-ın sabiq üzvü, "Tiraspol"la yenicə müqavilə bağlayan hücumçu yerli mətbuata açıqlama verib: "Mən vaxtilə bu ölkənin AZAL klubunda çıxış etmişəm. Amma həmin vaxtdan iki il keçib. "İnter"in də heyətində dəyişikliklər ola bilər. Fikrimcə, hər şey ola bilər. Azərbaycan çempionatının bizim milli birincilkdən güclü olduğunu düşünmürəm. "Tiraspol" bu cütün favoritidi".
Qeyd edək ki, Boşyu 2011/12 mövsümündə AZAL-da çıxış edib və 30 oyunda 5 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər