"İnter" heyətinə daha bir futbolçu qatıb. Fanat.az хəbər verir ki, bank klubu AZAL-dan Novruz Məmmədovu heyətinə qatıb.
Bu "İnter"in AZAL-dan üçüncü transferi olub. "Bankirlər" bundan əvvəl "təyyarəçilər"dən Laşa Kasradze və Xuan Fransiskonu almışdı. Novruz qarşıdakı 6 ayda "İnter"in formasını geyinəcək.
Novruzov son mövsümdə AZAL-ın fxormasını geyinib. O, əvvəllər "Bakı", "Rəvan" və "Muğan"da çıхış edib
Bu "İnter"in 12-ci transferi olub. Bank klubu bundan əvvəl Yuri Fomenko (Şyaulyay, Litva), Mirhüseyn Seyidov (Neftçi), Laşa Kasradze (AZAL), Xuan Fransisko (AZAL), Nika Kvekveskiri (Dila, Gürcüstan), Rauf Əliyev (Neftçi), Zurab Xizanişvili (Samtredia, Gürcüstan), Denis Silva (Neftçi), Elnur Abdullayev (Simurq), Stepan Polyak (Simurq) və Tural Qürbətovla (Bakı) müqavilə imzalamışbı
Fanat.az