“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Ayntraxt” Bakıya gəlib. Fanat.az xəbər verir ki, Almaniya klubunu gətirən təyyarə saat 16.00 radələrində Heydər Əliyev adına beynəlxalq hava limanına enib.
Almanlar paytaxtımıza çarter reysi ilə gəlib. Saat 18.30-da “Qarabağ”ın rəqibi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.