"Ayaks"ın hücumçusu "Milan"a keçir? - ÖZÜ DEDİ

"Ayaks"ın hücumçusu "Milan"a keçir? - ÖZÜ DEDİ
"Ayaks"ın hücumçusu Duşan Tadiç "Milan"a keçəcəyi ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Voetbal International" 32 yaşlı serbiyalının sözlərini belə çatdırıb:
"Arzularımın klubunda - "Ayaks"da qalacam. Komandadan getməyəcəm".
Daha öncə Duşanın "Milan"ı azad agent qismində tərk edən Hakan Çalhanoğlunun əvəzinə transfer ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Tadiç son mövsümdə bütün turnirlər daxil olmaqla, Amsterdam komandasında 51 oyuna çıxıb. Bu matçlarda 22 qol vuran futbolçu 26 məhsuldar ötürmə ilə də yadda qalıb.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər