Avstraliyalı futbolçu dünya çempionatı tarixində ilkə imza atdı

Avstraliyalı futbolçu dünya çempionatı tarixində ilkə imza atdı

Avstraliyalı millisinin futbolçusu Mitçell Dyuk Qətərdə keçirilən dünya çempionatının tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Tunislə oyunda hesabı açan 31 yaşlı hücumameylli yarımmüdafiəçi aşağı liqa klubunda oynayıb mundialda qol vuran ilk oyunçu olub.

Hazırda Yapniyanın 2-ci Liqa təmsilçisi "Facano Okayama"da forma geyinən vinger 23-cü dəqiqədə fərqlənib.

Xatırladaq ki, Avstraliya millisi məhz Mitçell Dyukun vurduğu yeganə qol sayəsində 1:0 hesablı qələbəyə sevinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər