Almaniya Budesliqasında məğlubiyyətsiz oyunlar seriyasını 38-ə çatdıran "Bavariya" və Portuqaliya Super Liqasında 53 oyundu yenilgi üzü görməyən "Portu" imza atdığı nəticələrlə sözün əsl mənasında göz qamaşdırır. Münhen təmsilçisi "Hamburq"un 1981-1983-cü illərdə əldə etdiyi 36 oyunluq məğlubiyyətsizlik seriyasını qıraraq Bundesliqa rekordunu ələ keçirib. "Portu" isə "Benfika"ya məxsus 56 oyunluq seriyaya son qoyub. Bu xəbərdə sizə Avropanın ən uzun məğlubiyyətsizlik seriyalarını təqdim edəcəyik.
Styaua (1986-1989): 106 matç
Rumıniya "Styaua"sı 106 oyunluq seriyanı 80-ci illərdəki "qızıl illəri"ndə əldə edib. Rumın mütəxəssislər Emerik Yeney və Angel İordaneskunun rəhbərlik etdiyi Buxarest klubu 1986-1989-ci illərdə Miodraq Belodediçi, Laşla Boloni, Marius Lakatus, Viktor Pitsurka və Qavril Balint kimi ulduzlardan qurulmuş heyətlə xarüqələr yaradıb. Komanda 106 oyunluq seriya ərzində 5 dəfə Rumıniya çempionu olaraq qırılması çətin olan rekorla imza atıb.
Şerif (2006-2008): 63 matç
Moldova çempionatının ən titullu klubu "Şerif" 2006-2008-ci illərdə 63 oyunda məğlub olmayıb. Bu seriya boyunca komandaya belaruslu mütəxəssis Leonid Kuçuk başçılıq edib. Bundan başqa "Şerif" 2000-20013-cü illərdə 13 dəfə Moldova çempionu olub.
Seltik (1915-1917): 62 matç
Şotlandiyanın köklü klublarından olan "Seltik" komandanın ilk baş məşqçisi Ville Maleyin başçılığı altında 1915-1917-ci illərdə 62 oyun məğlubiyyət üzü görməyib.
Royal Union Saint-Gillois (1933-1935): 60 matç
Belçika çempionatına 30-cu illərin əvvəllərində damğa vuran "Royal Union Saint-Gillois" 1933-1935-ci illərdə 3 dəfə çempion olaraq 60 oyunda məğlubiyyət üzü görməyib.
Şirak (1993-1995), Pünik (2002-2004): 59 matç
Ermənistan çempionatının iki əsas klubu - "Şirak" və "Pünik 59 matçlıq seriya əldə edib. "Şirak" 1993-1995-ci illər aralığında Andranik Adamyanın, "Pünik" isə 2002-2004-cü illərdə Oskar Lopes, Mihay Stoyçita və Vardan Minasyanın baş məşqçiliyi dövründə bu uğura imza atıb.
Milan (1991-1993): 58 matç
İtaliyanın köklü klublarından biri olan "Milan"ı 1991-1993-cü illərdə meydana çıxdığı ardıcıl 58 matçda məğlub edən tapılmayıb. Həmin vaxtı komandaya Fabio Kapello başçılıq edib. Milan təmsilçisi Frank Raykaard, Ruud Qullit və Marko van Basten kimi ulduzlarla 1991/92 mövsümündə məğlub olmadan A Seriyasının qalibi adını qazanıb.
Olimpiakos (1972-1974): 58 matç
Yunanıstanın ən titullu klubu "Olimpiakos" 1973-1975-ci illər aralığında ardıcıl 3 çempionluq yaşayıb. 70-ci illərin ortalarında rəqibləri üçün qorxulu yuxuya çevirilən komanda 58 oyun uduzmayıb. Bu müddətdə "Olimpiakos" forması geyinən 80 oyunda 58 qol vuran Yves Triantafillosdan başqa komandada Giorgos Delikaris, Mixalis Kritikopoulos və Romain Arqiroudis kimi tanınmış ulduzlar çıxış edib.
Skonto (1993-1996): 58 matç
Latviyanın "Skonto" klubu "Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkovun rəhbərliyi altında yenilməz bir komanda formalaşdırmağı bacarmışdı. 1993-1996-ci illər aralığında heyətində Vitaliys Astafyevs, Yuriys Sevkakovs, Mihails Zeminskis və Vladimirs Babikevs kimi futbolçular olan Riq oyunda yenilməmişdi.
Benfica (1976-1978): 56 matç
Portuqaliya çempionatında ən çox - 32 dəfə çempionluq sevinci yaşayan "Benfika" 1976-1978-ci illər aralığında ingilis mütəxəssis Con Mortimorenin rəhbərliyi altında 56 matçda məğlub olmayıb. Həmin vaxt komandada Fernando Çalana, Humberto Koelo, Toni, Nene, Manuel Bento, Şeu, Joao Alves və Minervino Pietra kimi məşhur futbolçular forma geyinib. Portuqaliya klubunun 1976-ci ildə başlayan seriyasını 1978-ci ilin avqustunda "Portu" başa çatdırıb - 0:1.
Portu (2010-2012): 55 matç
Portuqaliyanın digər məşhur klubu "Portu" 2010-cu ilin ay ayında Jesualdo Ferreyranın baş məşqçi postuna gətirilməsi ilə başlayan seriyası ərzində 55 oyunda meydandan xalsız ayrılmayıb. Bu müddətdə komandaya Ferreyradan sonra Andre VillaşBoaş rəhbərlik edib. Seriya Vitor Pereyranın "Portu"nun baş məşqçisi olduğu vaxt - 2012-ci ilin yanvar ayında, "Gil Visente" ilə səfər oyununda başa çatıb - 1:3. "Portu" bu məğlubiyyətdən sonra hələ də davam edən 53 oyunluq seriyaya imza atıb.
Şaxtyor (2000-2002): 55 matç
Ukraynanın "Şaxytor" klubu 2000-2002-ci illər aralığında 55 oyunda meydanı xalla tərk edib. Anatoli Timoşuk, Andrey Vorobey, Julius Aqahova, İsaak Okoronkvo, Brandao və Marius Levandovski kimi transferlərlə gücünə güc qatan Donetsk təmsilçisi 2001/02 mövsümünə iddialı başlayıb və mövsüm ərzində məğlub olmadan ilk dəfə Ukrayna çempionu olub. 2000-ci ildə rus mütəxəssis Viktor Prokopenko ilə başlayan seriya 2002-ci ildə italyan Nevio Skalanın rəhbərliyi altında 55 matçda başa çatıb.
Beşiktaş (1990-1993): 48 matç
Türkiyə Super Liqasında tarixin ən uzun məğlubiyyətsizlik seriyası "Beşiktaş"a məxsusdu. "Qara Qartallar" 1990/91 mövsümünün XXVI turunda Ankarada "Gənclərbirliyi"nə 0:2 hesabı ilə uduzduqdan sonnra 1991/92 mövsümünü məğlubiyyətsiz başa vurub. "Beşiktaş" 48 tur sonra - 1992/93 mövsümünün XIII turunda "Qalatasaray"a yenilib - 1:3.
Fanat.az