Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında V turun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, tur Azərbaycan derbisi ilə əlamətdar olub.
Belə ki, “Azərreyl”lə “Lokomotiv” Avropa arenasında üz-üzə gəlib. "Azərreyl" ilk seti qazansa da, yekunda "Lokomotiv" sevinib - 3:1. Bununla da "Lokomotiv" "pley-off"a vəsiqəni təmin edib. "Azərreyl" isə Çempionlar Liqası ilə vidalaşıb. Əvəzində təmsilçimiz "CEV Kuboku"na vəsiqə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, “Ştutqart” sabah “Dinamo” ilə, yanvarın 27-də “Azərreyl”lə oynayacaq. "Lokomotiv" isə son turda "Dinamo" ilə üz-üzə gələcək.
Çempionlar Liqası
V tur
19 yanvar
A qrupu
Azərreyl (Azərbaycan) - Lokomotiv (Azərbaycan) 1:3 (25:21; 22:25; 15:25; 14:25)
Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Aleksandr Vinaliyev (Bolqarıstan).
Bakı. “Azərreyl” İdman Bazası.
| 1 | Dinamo | 4 | 4 | 0 | 12-2 | 344-282 | 12 |
| 2 | Lokomotiv | 5 | 3 | 2 | 11-8 | 446-400 | 9 |
| 3 | Azərreyl | 5 | 1 | 4 | 6-12 | 365-423 | 3 |
| 4 | Ştutqart | 4 | 1 | 3 | 3-10 | 263-313 | 3 |
Fanat.az