Avropa Oyunları: Azərbaycan yığması Macarıstana qarşı

Avropa Oyunları: Azərbaycan yığması Macarıstana qarşı

Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün kişi sablyaçılar arasında komanda yarışı baş tutacaq.

Azərbaycan komandası (Ayxan Xasıyev, Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov) 1/8 finalda Macarıstan komandası ilə qarşılaşacaq.

Mübarizə 12:00-da başlayacaq.

Qeyd edək ki, fərdi yarışda ən yaxşı nəticəni 36-cı yeri tutan Məmmədov göstərib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər