Avropa Kuboku: Azərbaycan cüdoçuları 1-ci yeri tutdular

Avropa Kuboku: Azərbaycan cüdoçuları 1-ci yeri tutdular

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Fanat.Az xəbər verir ki, idmançılarımız turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

Yarışın ikinci günündə oğlanlar arasında 73 kq, 81 kq və +90 kq çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb.

Cəsur İbadlı (73 kq) gümüş, Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kq) isə bürünc medal qazanıb. Sübhan Axundov (+90 kq) 5-ci yerdə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər