Avroliqanın Bakıda keçiriləcək final görüşünün tarixi açıqlandı

Avroliqanın Bakıda keçiriləcək final görüşünün tarixi açıqlandı

UEFA 2018/19 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final matçlarının məkanlarını və tarixlərini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda təşkil olunacaq. Avroliqanın həlledici görüşü isə bundan üç gün tez - mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Qeyd edək ki, UEFA Super Kuboku uğrunda görüş bu iki turnirin qalibləri arasında 2019-cu ilin 14 avqustunda Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər