AVRO-2020: Danimarka və Çexiya milliləri Bakıya gəldi - FOTOLAR

AVRO-2020: Danimarka və Çexiya milliləri Bakıya gəldi - FOTOLAR
AVRO-2020-nin 1/4 final mərhələsində qarşılaşacaq Çexiya və Danimarka milli komandaları Azərbaycana gəlib. 
Fanat.Az xəbər verir ki, hər iki yığmanı gətirən təyyarələr axşam saatlarında Bakıya çatıb.
 
Çexiya yığması "Hilton” otelində məskunlaşıb. Sözügedən komanda sabah Bakı Olimpiya Stadionunda məşqə çıxacaq.
 
Danimarka millisi isə "Hyatt” otelində qalacaq. Kasper Hyulmandın çalışdırdığı komanda da sabah Bakı Olimpiya Stadionunda məşq edəcək.
 
Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka matçı saat 20:00-da başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər